A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin növbəti mərhələsinə start verilib. 

16 aprel - 5 may tarixləri arasında göndərilən ideyalar 12 may tarixinə qədər müsniflərin dəyərləndirilməsinə təqdim edilib. Ümumilikdə, 40 biznes ideya müsabiqəyə göndərilib. Münsiflərin dəyərləndirməsindən sonra 5 layihə final mərhələsinə vəsiqə qazanacaq. Sonra komandalar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 14-16 may tarixlərində təlim və mentorluq dəstəyi alacaqlar. 

Final mərhələsində biznes ideyaların təqdimatı keçiriləcək, qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaq. Belə ki, müsabiqədə 1-ci yer-in sahibi 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olacaq.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay