A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Kollecin direktoru dosent Oruc Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, demokratik, hüquqi dövlət quruculuğu tarixində tutduğu mövqedən, gənclərin şəxsiyyət kimi formalaşmasında və inkişafında ulu öndərin irsinin misilsiz dəyərlərindən danışıb. 

Tədbirdə UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov “Heydər Əliyev müasir Azərbaycan Respublikasının qurucusudur” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin bədii hissəsində tələbələr Ümummilli liderə həsr edilən şeirlər səsləndiriblər, sonda videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay