×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Karyera Mərkəzi və ISE Startap Klubunun birgə təşkilatçılığı ilə IMIC şirkətinin “Qazan” layihəsi haqqında məlumatlandırıcı görüş və startap təlimi keçirilib.

UNEC Karyera Mərkəzini direktoru Ramil Cabbarov və ISE Startap Klubunun rəhbəri Turan Süleymanov universitetdəki startap fəaliyyətlərindən, tələbələrin bu istiqamətdə qazandıqları uğurlardan danışıblar.

Daha sonra şirkət nümayəndləri “Qazan” layihəsi haqqında məlumat veriblər. Bildirilib ki, layihə çərçivəsində innovativ ideyalara böyük həcmli toxum kapitalı təklif edilir. Bu investisiya ilə yanaşı ideyanın biznesə çevrilməsi üçün bir sıra icra işlərində də tam dəstək olunur.

Şirkət nümayəndləri tələbələr startap fəaliyyəti üçün tələb olunan biznes modelin qurulması, marketinq, komanda işi kimi istiqamətlərdə təlim keçiblər.

Qazan layihəsi IMIC şirkəti tərəfindən yaradılıb və şirkətin dəstəyi ilə tələbələr rəqabətcil bazar mühitində daha rahat şəkildə öz biznesinizi yarada və ya inkişaf etdirə bilərlər.

TOP XƏBƏRLƏR