×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-e60ad81e45f250a1e15ba5ff0b2cc18c.php silmək alınmadı


A

UNEC-in İqtisadiyyat fakültəsində birinci kursa qəbul olan tələbələrlə görüş keçirilib.

Görüşdə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova və fakültə dekanı dosent Asiman Quliyev iştirak edib.

Tələbə adını qazanmaları münasibəti ilə birinci kursları təbrik edən prorektor, regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb. İxtisas seçiminin insan həyatının ən önəmli mərhələlərindən biri olduğunu diqqətə çatdıran S.Qəndilova iqtisadçı mütəxəssislərə bütün dövrlərdə ehtiyac duyulduğunu bildirib. Tələbələrə öz peşəsinə mükəmməl yiyələnməklə yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş olmağın önəmini vurğulayıb.

Fakültə dekanı A.Quliyev tələbələrə kredit sistemi ilə tədrisin təşkili qaydaları, imtahan sessiyası, elektron universitet modeli barədə ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində UNEC-in İqtisadiyyat fakültəsinə “İqtisadiyyat”, “Dünya iqtisadiyyatı”, “Sənayenin təşkili və idarə olunması” və “Ekologiya” ixtisasları üzrə 610 tələbə qəbul olub.

TOP XƏBƏRLƏR