A

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcəyi oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə UNEC-in tələbələri ilə görüş keçirib.

Tədbirdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, AVRO-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak edib.

250-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub.

Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay