A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi"-nə həsr olunan tədbir keçirilib.

Tədbirdə Zaqatala rayon 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Pərviz Mehdiyev, Zaqatala Regional Meşə Təsərrüfatı müəssisəsinin baş mütəxəssisi Rəhim Yunisov iştirak ediblər.

Tədbiri giriş sözü ilə UNEC Zaqatala filialının direktoru, professor Orucəli Rzayev açaraq, mövzu haqqında ətraflı məlumat verib. Bildirib ki, bərk məişət tullantılarının idarə edilməsi sahəsində mütəmadi olaraq söhbətlər aparılmalı, ekoloji problemlər barədə maarifləndirici tədbirlər keçirilməlidir.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova müasir dövrdə ətraf mühitin çirklənməsi haqqında çıxış edib. qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problem olduğunu qeyd edib.

TOP XƏBƏRLƏR