A

UNEC Karyera Mərkəzi və ISE Startup Klubunun birgə təşkilatçılığı ilə "The USA Startup experience" (ABŞ-ın startup təcrübəsi) mövzusunda təlim keçirilib.

ABŞ-ın San Diego Universitetinin məzunu, beynəlxalq biznes konsultantı, UNEC-in qonaq müəllimi Matthew Schwimmer öz təcrübələrini və tədqiqat nəticələrini iştirakçılar ilə paylaşıb.

Startapların investisiya qazanmaq imkanları, investor axtarışı, beynəlxalq arenalara çıxış fürsətləri, maliyyə vəsaitlərinin bölüşdürülməsi, risklərin idarə edilməsi, ABŞ-ın Silikon Vadisindəki startap ekosistemi barədə praktik biliklər paylaşılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay