A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı və Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

Kollecin direktoru, dosent Oruc Məmmədov Dövlət Bayrağımızın tarixindən, istiqlaliyyət yolundan danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin qərarı ilə 1990-cı ildə Naxçıvan Ali sovetinin binası önündə yenidən dalğalanmağa başlayıb. 2009-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb və hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

UNEC rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov üçrəngli bayrağın milli-mənəvi dəyərlərindən, gənc nəsilin milli ruhda formalaşmasına təsirindən və Konstitusiyanın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, ideologiyasının ifadəsidir. Bayrağa hörmət və ehtiram dünya xalqlarını birləşdirən dəyərlərdən biridir. Bu ehtiram Azərbaycan xalqında xüsusilə qabarıq şəkildə özünü büruzə verir.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşları Dövlət Bayrağının və Konstitusiyanın tarixindən danışıblar.

Tədbirdə Dövlət Bayrağı gününə həsr olunan videoçarx nümayiş olunub. Sonda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, həmçinin kollecin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda musiqi və şeirlər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay