UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə maliyyə ixtisasında təhsil alan tələbələr üçün master klass keçirilib.
“Metak” şirkətinin maliyyə meneceri, 10 ildən artıq təcrübəyə malik İsmayıl Hümbətov tələbələrə ixtisas üzrə karyera planlaşdırılması, minimum bacarıqlar, beynəlxalq sertifikatlara hazırlıq, bu sahədə təcrübə qazanmaq imkanları, maliyyə biliklərinin təkmilləşdirilməsi barəsində məlumat verib.
Qarşılıqlı müzakirə əsasında keçən görüşdə tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırılıb.