A

23-24 aprel 2026-cı il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi və əsas təşkilatçılığı, AR İqtisadiyyat Nazirliyi, AR Elm və Təhsil Nazirliyi, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi dəstəyi və 4SİM, Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının həmtəşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” IV Beynəlxalq konfransı keçiriləcək.

Konfransın əsas mövzuları:

  • Dövlət idarəçiliyində rəqəmsal transformasiya və innovasiya prosesləri
  • Rəqəmsal iqtisadiyyat və davamlı inkişaf
  • Təhsildə rəqəmsal transformasiya və süni intellekt
  • Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı və tədris planı islahatları
  • Süni intellekt etikası və tənzimlənməsi
  • Sosial-iqtisadi fəaliyyət
  • Universitet–sənaye əməkdaşlığı və innovasiya ekosistemi
  • Məlumatların qorunması və kibertəhlükəsizlik
  • Elektron ticarət və rəqəmsal bazarlar
  • Sosial və ətraf mühitə təsir

Məqalə və xülasələrin qəbulu:

 DEMCRO 2026 konfransında iştirak etmək istəyən müəlliflər Azərbaycan, ingilis, türk və rus dillərində hazırlanmış 1 səhifəlik xülasələrini müvafiq şablona uyğun olaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər.

Məqalələrin təqdimatı və statusunun izlənilməsi Microsoft Konfrans İdarəetmə Alətləri Dəsti (CMT) platforması üzərindən həyata keçiriləcək.

Vacib tarixlər:

  • Xülasələrin göndərilməsi üçün son tarix: 10 fevral 2026
  • Tam məqalələrin göndərilməsi üçün son tarix: 20 fevral 2026
  • Qəbul haqqında bildiriş: 27 fevral 2026

Nəşr imkanları:

Qəbul edilmiş xülasələr “Tezislər toplusu”nda çap olunacaq və konfransın rəsmi saytında elektron formada yayımlanacaq. Seçilmiş məqalələrin 6–8 səhifəlik tam mətni isə Springer nəşriyyatında “Konfrans materialları” formatında dərc ediləcək. Bundan əlavə, Elm Komitəsi tərəfindən seçilmiş məqalələr UNEC Journal of Computer Science and Digital Technologies (JCSDT) jurnalında nəşr üçün dəvət ala biləcək.

Konfransın rəsmi saytı: http://de-conf.unec.edu.az/

Əlaqə məlumatları:

UNEC “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası
Tel: (+994 12) 492-72-98 (daxili 13-25)
Təşkilat Komitəsinin məsul katibi: r.f.d. Asya Quliyeva
Mob: (+994) 51 877 55 22
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Məqalə üçün tələblər

Abstract

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay