A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 610 saylı qrup tələbəsi Abdullayev Elvin İlqar oğlu və “Mühasibat” ixtisası üzrə təhsilin IV ili, 454 saylı qrup tələbəsi Məmmədov Hüseyn Elsevər oğlu Türkmən Dövlət Maliyyə İnstitutu tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (International Financial Reporting Standards)” fənni üzrə keçirilmiş Açıq Beynəlxalq İnternet Olimpiadasında uğur qazanıblar.

Belə ki, tələbə Elvin Abdullayev  Olimpiadada II yeri, tələbə Hüseyn Məmmədov  isə III yerə yiyələniblər.

Tələbələrimizi ürəkdən təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay