A

UNEC-in İqtisadiyyat fakültəsində “Firmanın iqtisadiyyatı” fənni üzrə təlim-treninq keçirilib.

Tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.

“Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti Azər Mehtiyev “Qeyri-qiymət rəqabəti, reklam və informasiya asimmetriyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda firmalar arasındakı qeyri-qiymət rəqabətinin mahiyyəti və formaları göstərilib, qeyri-qiymət rəqabətində reklamın rolu və təsirləri izah olunub. Ayrı-ayrı sahələrdə reklamın intensivliyinə təsir göstərən amillər, onların intensivliyinin bazar quruluşuna təsiri, habelə reklamın səmərəliliyinin qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb. Corc Akerlofun “Limonlar” bazarı: keyfiyyətin qeyri-müəyyənliyi və bazar mexanizmi” mövzusunda apardığı tədqiqat barədə müzakirələr olunub.

Sonda mövzu ilə bağlı suallara cavablandırılıb.

TOP XƏBƏRLƏR