A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə UNEC Biznes Məktəbinin MBA proqramında təhsil alan tələbələr üçün innovasiyalar və müasir tendensiyaları istiqamətində real təcrübəyə əsaslanan master-klass təşkil edilib.

"Technote Media" və "Hotbots. Robotics" şirkətlərinin təsisçisi, texnologiya eksperti Fərid Pərdəşünas "Startapdan biznesə gedən yolda açar addımlar" mövzusunda öz təcrübəsini, həmçinin yerli və beynəlxalq arenada baş verən müasir tendensiyaları dinləyicilərlə paylaşıb. Təlimçi çıxışında startap anlayışı, dünyada startapların qarşılaşdıqları əsas problemlər və uğur qazanmaq üçün mərhələlər, investisiyaların növləri və investor cəlb etməyin yolları, startapdan biznesə gedən yolda açar məqamlar barədə ətraflı məlumatlar çatdırıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay