“Münaqişədə danışıq bacarıqları” adlı debat keçirilib.
Debat Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Diplomat” Tələbə Elmi Klubunun təşkilatçılığı ilə baş tutub.
Debatda İqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Fakültənin dekanı, dosent Asiman Quliyev məntiq, mülahizə yarışından öncə çıxış edərək mövzunun aktuallığını, bu baxımdan debatın əhəmiyyətini xüsusi vurğulayıb. Debatda hər tələbə dünyadakı münaqişəli bir ərazini təmsil edib. Tələbələr həmin ölkənin siyasi, iqtisadi, etnik və mədəni rolundan danışıblar. Müzakirələrdə bu münaqişələrin səbəbləri və həll olunma yolları qeyd olunub.