UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün növbəti master-klass keçirilib.
AFB Bankın Marketinq Departamentinin direktoru Səfər Aslanov real nümunələr əsasında tələbələrə brendləşmə strategiyası, müştəri münasibətlərinin idarə olunması, xidmət sektorunda keyfiyyət və marketinq fəaliyyətləri barədə məlumatlar çatdırıb.