A

UNEC-də “İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi gənclərin ümumbəşəri problem olan insan alveri mövzusunda maarifləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan UNEC THİK sədri Rüfət Süleymanlı seminarın əhəmiyyətindən danışıb. O, insan alverinə qarşı mübarizə ilə bağlı ölkə Prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verərək, insan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən söz açıb.

Tədbirdə iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin böyük məsləhətçisi Könül Əfəndiyeva insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesifik olan insan alveri formaları, insan alveri qurbanlarının müdafiəsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verib. O, respublikamızın bölgələrində bağlanan erkən nikahların da insan alverinin potensial qurbanlarının sayının artmasına səbəb olduğunu vurğulayıb.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova isə tələbələrə insan alverinə qarşı mübarizə tədbirləri barədə danışıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay