A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Kiçik və orta biznesin inkişafında müasir vergi islahatlarının rolu” mövzusunda seminar keçirilib.

Vergi və vergitutma ixtisası üzrə sonuncu kurs tələbələri üçün təşkil olunan seminarda kollecin direktoru, dosent Oruc Məmmədov ölkədə uğurla həyata keçirilən vergi siyasətinin mahiyyətindən, bu siyasətin kiçik və orta biznesin inkişafındakı rolundan, əmək bazarına müsbət təsirindən, istehlakçıların mənafeyinə uyğunluğundan danışıb.

Seminarda çıxış edən UNEC-in dosentləri, “keyfiyyət elçiləri” Aybəniz Qubadova və Nigar Aşurbəyli sahibkarlığın və özəl sektorun inkişafında vergi və vergitutmanın əhəmiyyətindən söz açıblar.

Seminarda fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay