A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 Yanvar hadisələrinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirilib.

Kollecin kollektivi tədbirdən öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru dosent Oruc Məmmədov çıxış edərək, 20 Yanvar hadisələri zamanı törədilmiş cinayətdən danışıb. Ümummilli lider Heydər Əliyevin bu qanlı hadisələrə kəskin etirazından və xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə lazımınca qiymət verildiyini bildirib.

UNEC rektorunun kollec üzrə məsləhətçisi, professoru Nuru Mikayılov 20 Yanvar hadisələri və həmin dövrdə ölkədəki vəziyyətlə bağlı tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Bu qanlı hadisə nəticəsində Bakı və bölgələr də daxil olmaqla ümumilikdə 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Kollecin müəllimi Təranə Cavadova 20 Yanvar hadisələrinə dair geniş məlumatla çıxış edib. Tələbə Gənclər Təşkilatının hazırladığı xüsusi proqram təqdim olunub.

Sonda 20 Yanvar hadisələrinə həsr edilən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay