A

Britaniya Şurası tərəfindən elan olunan Creative Spark layihəsi çərçivəsində UNEC-də təlimlər keçirilib.

İngiltərədən olan mütəxəssislər tərəfindən sahibkarlıq sahəsində UNEC-in və Bakı Musiqi Akademiyasının tələbələri üçün təşkil olunan təlimin koordinatorları Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev və departamentin əməkdaşı Rauf Məmmədov olub.

Layihə çərçivəsində tələbələrə öz startup ideyalarının reallaşdırılması, “business canvas” modelinin qurulması və istifadə olunması metodları, məhsulun brendinqi və təqdimat bacarıqlarının artırılması mövzusunda təlimlər keçirilib. Tələbələrin “Yarat” müasir incəsənət məkanına tələbələrin ekskursiyası təşkil olunub. Burada onlar yaradıcılıq sahəsində fəaliyyət göstərən müxtəlif rəssam və sənətşünasların əl işləri ilə tanış olublar.

Təlimlərin sonunda öz ideyalarını təqdim edən tələbələr təlimçilər tərəfindən seçilərək may ayında İngiltərənin London şəhərində yerləşən Şərqi london universitetinə səfər edib, oradakı biznes və yaradıcılıq studiyalarının prosesləri ilə tanış olmaq şansını əldə edəcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay