A

UNEC yeni sosial layihəyə start verib.

UNEC Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə universitetin istedadlı tələbələri və müəllimləri Facebook sosial şəbəkəsi üzərindən canlı olaraq musiqilər ifa edəcəklər. Layihənin məqsədi mövcud durumu nəzərə alaraq, #evdəqal #sağlamqal aksiyasına qoşulmaq, musiqi ifa edərək evdə qalan insanlara dəstək olmaq və xoş anlar yaşatmaqdır.

Layihənin ilk iştirakçısı UNEC-in İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, UNEC Yaradıcılıq Mərkəzinin üzvü, istedadlı muğam ifaçısı Yusif Cəfərbəylidir.

Aprelin 4-də saat 18:00-da Yusif Cəfərbəyli Facebook səhifəsi vasitəsilə canlı musiqilər ifa edəcək.

UNEC istedadlarını dinləyərək #evdəqalaq, #sağlamqalaq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay