İqtisadiyyat fakültəsi və fakültə mentorluq xidmətinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər və narkotiklərlə mübarizə” mövzusunda onlayn tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən fakültənin dekanı dos. Asiman Quliyev sosial tədbirlərin gənclərin maarifləndirilməsi istiqamətində əhəmiyyətindən danışıb.
Sonra UNEC-in hüquqşünası Mayis Sadıqov “Narkotiklərə YOX deyək!” mövzusunda təqdimatla çıxış edərək, narkotiklərin yayılmasınıın qarşısını almaq məqsədilə ölkədə həyata keçirilən mübarizə tədbirlərindən söz açıb.
UNEC-in elmi katibi, "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının baş müəllimi Ərəbiyyə Mustafayeva tədbiri “Zərərli vərdişlərlə mübarizə” mövzusu ilə davam edərək, zərərli vərdişlərin insan həyatına və sağlamlığına mənfi təsirlərini diqqətə çatdırıb.
Fakültənin mentor xidmətinin rəhbəri, İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova isə siqaret və narkotiklərdən istifadə edənlərin yaş tərkibinin ildən-ilə gəncləşməsini bildirərək, bu istiqamətdə maarifəndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.