A

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadənin Mənzil-muzeyi UNEC Dizayn məktəbi ilə birgə "Nizami ili" adlı tədbir-sərgi keçirib.

Tədbir-sərgi muzeyin direktoru İ.Əzimzadənin çıxışı ilə başlayıb. Bildirilib ki, Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə yaddaşlara həkk olunmuş dühadır. 

Sonra UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova “qəzəl və qəsidələr müəllifi kimi şöhrət qazanmış, ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi sevgisi bu gün hər kəsin xatirində əzizdir, xüsusilə də gənc və bacarıqlı tələbələrimizin” - deyə qeyd edib. 

Sərgidə istedadlı, tələbə rəssamların Nizami yaradıcılığından bəhs olunan rəngarəng, dərin mənalı əl işləri nümayiş etdirilib.

Rəsm əsərləri nümayiş olunmuş, tələbələrə Əzim Əzimzadənin Mənzil-muzeyinin direktoru İ.Əzimzadə tərəfindən diplomlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay