Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən "FİSCAL” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü illiyinə həsr olunan fərdi “Xəmsə" milli intellektual oyunu üzrə "Cümhuriyyət kuboku" turniri keçirilib.
Beş mərhələdən ibarət olan virtual yarışmada bütün fakültələr üzrə ümumilikdə 74 tələbə iştirak edib. Tələbələrin böyük maraq və həyəcanla izlədikləri turnirin finalında Magistratura Mərkəzinin magistrantı Pərvin Hüzeynov qalib olub. II yeri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Rəşid Mahmudlu, III yeri isə Pərvin Hüseynov qazanıb.
UNEC THİK tərəfindən I yerin sahibinə 50 azn, II yerin sahibinə 30 azn, III yerin sahibinə isə 20 azn pul mükafatı və diplomlar təqdim edilib.
Qalibləri təbrik edirik!