A

6 iyun UNEC-in Vətən müharibəsində şəhid olan məzunu Ağaəmi Heybətovun doğum günüdür, yaşasaydı 28 yaşı olacaqdı.

Şəhidin doğum günü münasibətilə məzunu olduğu Türk Dünyası İqtisad Fakültəsinin dekan müavini Cəvahir Məmmədova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkib, ailəsinin Ağaəmi ilə bağlı xatirələrini bölüşüblər.

Ağaəmi Heybətov sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmək üçün ailəsindən xəbərsiz orduya yazılaraq, könüllü şəkildə cəbhəyə yollanıb. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərən məzunumuz oktyabrın 16-da Goranboy rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Ağaəmi Heybətov "Vətən uğrunda"  medalı ilə təltif edilib.

Görüşdə UNEC kollektivi şəhidə özəl hazırlanmış hədiyyəni onun valideynlərinə təqdim edib.

TOP XƏBƏRLƏR