A

UNEC tələbələrinin təşəbbüsü ilə “1 Müəllim - 1 Tələbə” layihəsinin 2020/2021-ci tədris ilində növbəti debatı keçirilib.

UNEC TEC İqtisadiyyat fakültəsi və “İqtisadçı” Tələbə Elmi Klubunun birgə təşkilatçılığı ilə keçirilən debatın mövzusu ənənəvi və distant təhsil mövzusunda olub.

Debatçılar UNEC-in İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsinin “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə III kurs tələbəsi Türkan Rəhimova “Müasir təhsil: distant yoxsa ənənəvi” mövzusunda çıxış ediblər.

Çıxışlardan sonra debatla bağlı sorğu aparılıb. Sorğuda ənənəvi təhsilə üstünlük verənlər səs çoxluğu ilə qalib gəlib.

Qeyd edək ki, tələbələrin ən çox maraq göstərdiyi bir müəllim və bir tələbə formatında təşkil olunan debat layihəsinin müəllifi UNEC-in gənc müəllimi Zeynəb Qiyasovadır.

DEBATI İZLƏYƏ BİLƏRSİNİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay