A

Əbədi yaşar şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, əziz xatirələrini böyük hörmət və ehtiramla yad edirik! Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət etsin!

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 27 sentyabr Anım Günü münasibəti ilə tədbir keçirilmişdir. Anım Günündə Vətən müharibəsində iştrik etmiş bir qrup tələbə də iştirk etmişdir. 

Kollecin direktoru dos. Oruc Məmmədov çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsində kollec üzrə 31 nəfər tələbə iştirk edibdir. Onlardan 2 nəfəri Şəhidlik zirvəsinə yüksəlib, 4 nəfəri isə Qazi olubdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Vətən müharibəsində ŞƏHİD olmuş 2907 nəfər və itkin düşmüş 7 nəfər əsgər və zabitin əziz xatirəsinə həsr edilmiş “ZƏFƏR ŞAHİNLƏRİ” adlı daimi mövcud olacaq güşə yaradılmışdır.

Güşə 20 löhvədən ibarətdir. Hər bir lövhədə “Müzəffər ordunun zəfər şahinləri!” Şəhidlər ölməz! şüarı ifadə edilir. Güşədə 2914 nəfər əsgər və zabitin hər birinin şəkili, soyadı, adı, atasının adı nümayiş etdirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay