A

Oktyabrın 7-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi  Süleyman Qarayevin anım günüdür.

Şəhid Qarayev Süleymanın anım günü münasibətilə Sabirabad rayonu Qalağayın kəndində ailə üzvləri ilə görüş keçirilib. Görüşdə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekan müavini Azər Qarayev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı da iştirak edib.

Daha sonra UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə  gül dəstələri düzüblər.

Süleyman 1995-ci ilin iyulun 3-də Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. 2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbdə təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvanın Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub.

Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda qəhrəmancasına döyüşüb və Şəhidlik zirvəsinə ucalmışdır. Doğulduğu Sabirabad rayonunun Qalağayın kəndində dəfn olunub. Ölümündən sonra Prezidentin sərəncamına əsasən, “Vətən Uğrunda” medalı ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay