×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Azərbaycan Dövlət İqtisad Universitetinin YAP fəallarının UNEC-in məzun və tələbə qaziləri ilə görüşü keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Dövlət himni səsləndirilib.

Tədbirin açılışında YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, iqtisadi məsələlər üzrə prorektor dosent Mikayıl Zeynalov ötən əsrin 90-cı illərini təhlil edərək, ölkəmiz və xalqımız üçün taleyüklü məsələlərin həllində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunduğunu bildirib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyulduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdıran prorektor, bu tarixi zəfəri qazanan xalqımızın bütün dünyaya Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Tədbirdə iştirak edən UNEC-in qazi tələbə və məzunları Ağaəli Quliyev, Elvin Quliyev, İmran Məmmədov, Kamran İbrahimli, Mirhəsən Dadaşov müharibə ilə bağlı xatirələrini bölüşüblər, dövlətin qazilərə dəstəyindən danışıblar.

Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova çıxışında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb. Bu zəfəri yaşadanların hər zaman qürur yerimiz olacağını diqqətə çatdırıb.

Sonra qazilər Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv olan tələbələrə üzvlük vəsiqələrini təqdim ediblər.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Günü” videoçarxı nümayiş olunub.

TOP XƏBƏRLƏR