Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və fəal tələbələr Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan Zəfər yarmarkasında iştirak ediblər.
Yarmarkada müxtəlif mövzularda sərgilər təşkil olunub. Müdafiə Nazirliyinin hərbi texnikaları, eləcə də 44 günlük müharibədə istifadə olunan hərbi texnika və avadanlıqlar nümayiş olunub. Yarmarkada şirkətlər tərəfindən zəfəri əks etdirən müxtəlif suvenir, kitablar və digər məhsullar satışa çıxarılıb. Zəfər yarmarkasından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün YAŞAT Fonduna ianə ediləcək.
Dənizkənarı Milli Parkda təşkil edilən yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkanın təşkilatçıları YAŞAT Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.