A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Zəfər Günü Azərbaycanın şanlı tarixidir” mövzusunda tədbir keçirilib.

İlk öncə tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə filialın direktoru professor Orucəli Rzayev Zəfər Gününü xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuzun əsgər və zabitlərinə minnətdarlığını bildirib. O, Vətən müharibəsinin ilk günlərindən ölkədəki Prezident-xalq-ordu birliyindən danışıb, işğalçı Ermənistanın təkcə hərb meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də Azərbaycana məğlub olduğunu diqqətə çatdırıb.

Sonra İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Səfər Razıyev, baş müəllim Qüdrət Qırtımov, filial üzrə TEC-in sədri Şahnaz Sıxnəsirli məruzələrlə çıxış ediblər. Məruzələrdə xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulanıb, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq diqqətə çatdırılıb.

Tədbir bədii hissə ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay