A

UNEC nəzdində Sosial-İqtisadi Kollecdə tələbə və müəllim heyətinin iştirakı ilə 8 noyabr - Zəfər Günü  ilə bağlı geniş tədbir keçirilib.

Tədbirin açılışında Azərbaycan Dövlət himninin sədaları altında üçrəngli, ay-ulduzlu dövlət bayrağı 44 günlük Vətən müharibəsinin iştirakçıları olmuş tələbələr tərəfindən mərkəzə gətirilib. Sonra Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi yad edilib. Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucova Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyindən söz açıb. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımızın şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini diqqətə çatdırıb.

Tədbir Zəfər Gününün tarixi əhəmiyyəti barədə çıxışlarla davam edib.

Rəsmi hissə bitdikdən sonra tələbələrin ifasında bədii kompozisiyalar səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay