A

UNEC-in Zaqatala filialında Konstitusiya Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru, professor Orucəli Rzayev açaraq, Konstitusiya Gününün qeyd olunmasının tarixindən danışıb. Orucəli Rzayev bildirib ki, 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi-siyasi yolundan bəhs edən Orucəli Rzayev Ulu öndərin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişaf etdiyini, sabitliyin əldə olunduğunu bildirib.

Orucəli Rzayev Konstitusiyanın formalaşdırılmasında Heydər Əliyevin rolundan danışıb və Ulu öndərin siyasi iradəsi ilə ölkədə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb.

Orucəli Rzayev bu günün əhəmiyyətindən bəhs edərək, gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.

Daha sonra İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Səfər Razıyev, dosent Camal Arıxov “Konstitusiya cəmiyyətin demokratik dəyəridir” və "Kostitusiya bizim ali dəyərimizdir" mövzusunda məruzə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay