UNEC-in Təcrübənin təşkili şöbəsinin təşəbbüsü və Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələrə “Müsahibə etiketi” mövzusunda təlim təşkil olunub.
Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin şöbə müdiri Günay Rəhimova tərəfindən keçirilən təlimdə tələbələrə müsahibə zamanı davranış qaydaları, veriləcək suallar və müsahibənin uğurlu keçməsinin yolları barədə geniş və ətraflı məlumat verilib.
Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.