Noyabrın 26-da UNEC-in məzunu, Vətən müharibəsinin şəhidi Rüfət Əsgərovun şəhadətə ucalmasının ildönümü idi.
Şəhidin ildönümü münasibətilə UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, THİK sədri Rüfət Süleymanlı, fakültənin müəllim və tələbələri Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında onun məzarını ziyarət ediblər. UNEC kollektivi Rüfət Əsgərovun əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.