A

UNEC-də Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 30-cu ilinə həsr olunmuş tədbirlər planı çərçivəsində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda intellektual bilik yarışı təşkil olunub.

İqtisadiyyat fakültəsi, fakültə mentorluq xidməti və fakültə Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında “İSSE: Ən güclü bizik” devizi altında ixtisaslar üzrə tələbələrdən ibarət komandalar qələbə uğrunda mübarizə aparıblar.

Komandaların biliyinin qiymətləndirilməsi iqtisadiyyat ixtisası üzrə Zeynəb Qiyasova, sosial iş üzrə dos. Elşən Məmmədov, statistika üzrə i.f.d Samirə Abdullayeva, ekologiya üzrə dos. İlqar Xəlilov və Aslan Əzimzadənin təmsil olunduqları münsiflər heyəti tərəfindən aparılıb.

Bilik yarışı ümumilikdə 3 mərhələdən ibarət olub. Yarışın qaydalarına əsasən, I mərhələdə tələbələrin ölkəmizin mədəniyyəti, müasir tarixi, Vətən müharibəsi barədə biliklərini və dünyagörüşünü yoxlamaq məqsədilə suallar təqdim olunub. II mərhələdə isə komandalara öz ixtisasları üzrə test sualları, III mərhələdə yazılı suallar verilib.

Maraqlı keçən bilik yarışında “Statstika” ixtisasını təmsil edən Zeynəb Hüseynova Səbinə Rəcəbovadan ibarət komanda qalib gəlib.

“Sosial iş” ixtisası üzrə Məlahət Zamanova və Bəhram Səfərovun təmsil olunduğu komanda 75 bal, Ekologiya ixtisası üzrə Emilya Əliyeva və Aynur Sadiqova 65 bal toplayıblar.

İqtisadiyyat ixtisası üzrə Tapdıq Abdullayev və Güləddin Tahirzadənin komandası isə 58 bal qazanıb.

Qalib gələn komanda üzvlərinə diplom, pul mükafatı, hədiyyələr, digər komanda üzvlərinə isə iştirakçı sertifikatı təqdim olunub.

Layihənin rəhbəri və ideya müəllifi İqtisadiyyat fakültəsinin mentoru, İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasovadır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay