A

Türk Dünyası İqtisad Fakültəsində korrupsiya ilə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbirdə dekan müavini Cəvahirxanım Məmmədova və "İqtisadiyyat və işlətmə" kafedrasının baş müəllimi Nəriman Xanəhmədov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmizin böyük uğurlar əldə edildiyini vurğulayıblar. Korrupsiya hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin əhalinin dövlət orqanlarına etimadının möhkəmləndirilməsi, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi məqsədi daşıdığını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay