A

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə “Unibroad İnternational” təhsil mərkəzi tərəfindən tələbələrə xarici universitetlərdə təhsil almaq üçün ödənişsiz qeydiyyatdan keçmək və universitet seçimində diqqət edilməli məqamlar barədə geniş təqdimat keçirilib.

Tədbirdə Mərkəzin rəhbəri İradə Həsənova “Unibroad İnternational” platforması barədə ətraflı məlumat verib, onlara ödənişsiz olaraq qeydiyyatdan keçmək və istədikləri xarici universitetdə təhsil ala bilmək imkanlarından danışıb. Həmçinin bildirilib ki, “Uniborad İnternational” (https://unibroad.az/) dünyanın 226 universiteti ilə rəsmi partnyorluq edir və platformada 20400 təhsil proqramı təmsil olunur.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay