A

"166 Yükdaşıma və Logistika”  şirkətinin bu il keçirdiyi “Logistika akademiyası” adlı təcrübə proqramı yekunlaşıb.

Üç il ardıcıl olaraq davam edən təcrübə proqramına bu il də ölkənin bir sıra universitetlərinin sonuncu kurs tələbələri və məzunlar qatılıblar. İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlar əldə ediblər.

Təcrübə proqramında UNEC-in 15 tələbə və məzunu da iştirak edərək proqramı uğurla başa vurublar. Onlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay