A

Yanvarın 29-da zəfərlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC məzunu Rüfət Əsgərovun cənnətdəki ikinci doğum günü idi.

Oktyabrın 25-də Qubadlı döyüşlərində qəhrəmancasına şəhid olan Rüfət Əsgərovun doğum günü ilə əlaqədar UNEC THİK sədri Rüfət Süleymanlı, universitetin müəllimləri, eləcə də Ümumi fənlərin tədrisinin təşkili departamenti üzrə Həmkarlar Komitəsinin sədri Gülnar Dadaşzadə şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi Rüfət Əsgərovun əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay