A

2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Milli Məclisin deputatı Naqif Həmzəyev UNEC tələbələri ilə görüşüb.

Görüşdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova Gənclər Günü münasibətilə tələbələri təbrik edərək, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Gününün əhəmiyyətindən söz açıb. Prorektor ölkəmizdə ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısının yeni mərhələyə qədəm qoyduğunu, gənc nəslin problemlərinin həlli, onların ölkənin ictimai-siyasi həyatında iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı istiqamətində davamlı olaraq dövlət proqramlarının həyata keçirildiyini deyib.

Tədbirdə iştirak edən tələbə-rektor Cabbar Cəlilov UNEC-dəki tələbə təşkilatları barədə məlumat verib. Bildirib ki, universitetdə müxtəlif istiqamət üzrə 11 tələbə təşkilatı fəaliyyət göstərir.

Gənclər Günündə UNEC tələbələri ilə görüşməkdən məmnunluğunu ifadə edən millət vəkili Naqif Həmzəyev tələbələri təbrik edib. Millət vəkili Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclərə göstərilən xüsusi önəm  və etimada diqqət çəkib.

Ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən  Naqif Həmzəyev, tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində gənclərimizin hərb meydanı ilə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdiklərini, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynadıqlarını bildirib. Millət vəkili ölkəmizdə aparılan gənclər siyasətindən və bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından da söz açıb. O, gənclərə bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməyi, həmçinin vətənini və millətini daim uca tutmağı tövsiyə edib.

Sonra millət vəkili Haqif Həmzəyev tələbələrin suallarını cavablandırıb.

Görüşün sonunda UNEC-in ictimai-sosial həyatında fəal iştirak edən tələbələr Fəxri Fərman və təşəkkürnamələrlə təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay