A

UNEC Könüllüləri Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Poliqon” Strateji İntellektual Oyunu keçirilib.

Yarışdan öncə Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra UNEC Könüllüləri Təşkilatının sədri İlham Əmrahov yarışın mahiyyətini açıqlayaraq, iştirakçılara uğurlar arzulayıb.

Ümumilikdə 21 komanda və 100-dən çox tələbənin  iştirakı  ilə baş tutan və maraqla qarşılanan intellekt yarışının sonunda I yeri “Qəzəlxan", II yeri “Helss Belss”, III yeri isə “İnvicta” komandaları qazanıb.

Sonda qalib komandalar təltif edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay