Təcrübənin təşkili şöbəsinin təşkilatçılığı ilə UNEC-in tələbə və məzunları üçün “Sales Broker” şirkəti tərəfindən korporativ satış üzrə təcrübə proqramı elan edilir.
Təcrübəçiyə dair tələblər:
Yaş həddi: 19-25 yaş
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
İlkin kompüter bilikləri;
Xarici dil biliklərinin olması üstünlükdür;
Komandada işləmək bacarığı;
İntizamlılıq və məsuliyyətlilik;
İnnovativ düşünmək bacarığı;
Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;
Təcrübəçilərin proqramdan əldə edəcəkləri:
✔️ Satış və marketinq strategiyası;
✔️ Satış və marketinq planlaması;
✔️ Korporativ müştərilərlə iş üslubu;
✔️ Korporativ satış qaydaları;
✔️ Xidmətlərin və məhsulların satış prosesində real iştirak;
✔️ Potensial müştərilərlə görüş imkanının yaradılması;
✔️ Peşəkar komandanın bir üzvü olmaq;
Təcrübəçi proqram müddəti ərzində dəvət etdiyi hər bir şirkətə görə bonus əldə edir.
Təcrübə müddətinin sonunda proqramı uğurla bitirən namizədlərə sertifikat veriləcək.
Müddəti: 2 ay
Son müraciət tarixi: 25.02.2022
Qeydiyyat linki: https://forms.gle/GpQktuc18KTZhcan7
Əlaqə: +994512059909