Xocalı soyqırımının 30 illiyi münasibətil UNEC-in bütün fakültələrində silsilə tədbirlər keçirilib.
Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, İqtisadiyyat, Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələrində, Magistratura mərkəzində təşkil olunan tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsi barədə söhbət açılıb. 30 il öncə Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən danışılıb. Qeyd olunub ki, xalqımızın yaddaşında silinməz iz qoyan Xocalı faciəsində 613 nəfər şəhid olub, 1275 nəfər əsir götürülüb.
Tələbələrə Xocalı faciəsinin təkcə ildönümlərində deyil, hər zaman xatırlanması tövsiyə olunub. Tədbirlərdə tələbələr Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyiblər, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.