A

UNEC Zaqatala filialında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri filialın direktoru professor Orucəli Rzayev açaraq, Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin xanım əməkdaşlarını və tələbələri bayram münasibətilə təbrik edib. O.Rzayev qadınların cəmiyyətdə, o cümlədən universitet həyatında rolunun vacibliyindən danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınlarına həmişə yüksək qiymət verdiyini, onları cəmiyyətin hərəkətverici qüvvəsi adlandırdığını deyən direktor, onun bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycan qadınlarının dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunduğunu, keçmişlə müasirliyin vəhdətini hər zaman qoruyub saxlamağı bacardığını bildirib.

Tədbir tələbələrin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

TOP XƏBƏRLƏR