A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinə (SUES) sədr seçkiləri keçirilib.

İclasda UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, UNEC Tələbə Həmkarlar İttifaqının sədri İlkan Əliyev, UNEC Tələbə rektor Cabbar Cəlilov və birliyin idarə heyətinin üzvləri iştirak ediblər.

İclasda birliyə sədr seçilməsi üçün səsvermə keçirilib. UNEC Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə səs çoxluğu ilə İctimai Birliyin UNEC nümayəndəliyinin sədri seçilib.

Aslan Əzimzadə 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr, 2019-2021-ci illərdə “Dünya iqtisadiyyatı” ixtisası, “Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri” ixtisaslaşması üzrə magistr təhsili alıb. 2021-ci ildə UNEC-də “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub.

O, 2014-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü olub. 2016-2017-ci illərdə UNEC İqtisadiyyat fakültəsi THİK-in sədri olub və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən komitənin ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə İlin sədri mükafatına layiq görülmüşdür. 2017-2018-ci illərdə UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olmuş və UNEC rektoru professor Ədalət Muradov tərəfindən UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olaraq uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

Çin İqtisadçılar Cəmiyyətinin üzvüdür. UNEC-in Bir kəmər – Bir yol tədqiqat mərkəzinin tədqiqatçısıdır. 2021-ci ildən UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimidir. 5 elmi məqalənin, 1 tezisin müəllifidir. Türkiyənin məşhur akademik kaynak elmi tədqiqat saytının yazarıdır. Həmçinin Kütləvi İnformasiya Vasitələrində (KİV) onlarla çıxışın müəllifidir.

Tədqiqat sahəsi: Çin iqtisadiyyatı, Makroiqtisadiyyat, Beynəlxalq Maliyyə, İnkişaf iqtisadiyyatı, Müasir şəraitdə iqtisadi idarəetmənin mütərəqqi mexanizmləri.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay