×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub tədbir keçirilib.

Kollecin direktoru dos.Oruc Məmmədov çıxışında 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsindən, həmin torpaqların özgəninkiləşdirmə prosesindən, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsindən, Şamaxı, Quba, Xaçmaz, Lənkaran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı amansız qırğınından, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının mənəvi, tarixi, siyasi və hüquqi əhəmiyətindən, 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq səlnaməsindən, gənc nəslin vətənpərvərlik ruhunda inkişafından danışıb.

Tərbiyə işləri üzrə direktor müavini Murad Muradov çıxışında Quba şəhərində tapılan kütləvi məzarlığın bu faciənin qanlı epizodlarından biri kimi xarakterizə etdi. Tarix müəllimi Xatirə Əlizadə “1918-ci il azərbaycanlıların soyqırımı: tarix unudulmur” adlı geniş məruzə ilə çıxış etdi.

Tədbirin sonunda videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay