A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Future Club” tələbə təşkilatının və “İT Brains Academy” birgə təşkilatçılığı ilə “Front-end programming” seminarı keçirilib.

Seminarda proqramlaşdırma üzrə mütəxəssis, proqramçı Ənvər Xalid, mentor Çinarə Hüseynova və UNEC Dizayn Məktəbinin II kurs  tələbəsi Aqil Ələkbərov təlimçi qismində iştirak edib.  

Ənvər Xalid seminarda Asinxron proqramlaşdırma və JSON-dan istifadə edərək yerli mənbədən məlumatların çəkilməsi , eləcə də APİ, JavaScript mövzularda tələbələr maarifləndirilib.

Tədbirdə UNEC II kurs tələbəsi Aqil Ələkbərov html və css-dən istifadə edərək Facebook üzərindən tətbiqini əyani şəkildə tələbələrə nümayiş etdirib. Təlimçi Ənvər Xalid isə istifadə edilən kodların mahiyyəti haqqında tələbələrə məlumat verib. UNEC tələbəsi Aqil Ələkbərov html ilə facebook clone yaradılması, css ilə yaratdığımız html faylına style verilməsi, layout-un hazırlanması, Visual studio code ilə ümumi saytın dizaynının coda çevirilməsi və digər alqoritmlərini yerinə yetirib.

Tədbir “UNEC Future Club” Tələbə Təşkilatının Rəqəmsal İqtisadiyyat fakültəsi üzrə sədri Sahilə Sarıyevanın təşəbbüsü ilə təşkil olunub.

Təlimçilər tələbələri maraqlandıran sualları cavablandırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay