A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Davam” Gənclər Hərəkatının "Davamçı ol" adlı layihəsi keçirilib.

Tədbirdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı "Davam" Gənclər Hərəkatının fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, Hərəkatın məqsədi ətrafına daha çox gənc toplamaqla ölkənin ictimai-siyasi proseslərində fəal rol oynamaq, gənclər və idman siyasətinə, eləcə də ölkəmizdə aparılan islahatlar prosesinə töhfə verməkdir.

TOP XƏBƏRLƏR