A

UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin əməkdaşları kollecin tələbəsi, Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun məzarını ziyarət ediblər.

Kollecin direktoru dosent Oruc Məmmədov şəhidin məzarı önündə çıxış edərək, Miqdad Abduləlimovun 2019-cu ildə Vergi və vergitutma ixtisasına qəbul olunduğunu, onun nümunəvi tələbə kimi yaddaşlarda qaldığını söyləyib. Miqdad Abduləlimovun 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində, Talış yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak etdiyini, oktyabrın 29-da şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən sonra onun "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunduğunu diqqətə çatdırıb. Oruc Məmmədov Miqdad Abduləlimovun həyat yolunun gənclərimiz üçün örnək olduğunu və əziz xatirəsinin onu sevənlərin qəlbində daim yaşayacağını qeyd edib.

Kollec kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonda Azərbaycan Maliyyə-İqtisad Kollecinin Vergi və vergitutma ixtisası üzrə subbakalavr dərəcəsi verilməsinə dair “Fəxri Diplom” və “Şəhidlər ölməz” adlı xatirə hədiyyəsi şəhidin valideynlərinə təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay