UNEC-də ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.
PRESTİJ-S Tədris Mərkəzinin, YAP Səbail rayon təşkilatının və UNEC-in təşkilaçılığı ilə keçirilən olimpiadada iştirakçılara məntiqdən 45-i test, 5-i açıq olmaqla 50 sual təqdim olunub.
Olimpiadanın yarımfinal mərhələsində iştirak edən 132 tələbədən, 56 nəfəri finala vəsiqə qazanıb.